az | en | ru

Şirkət

Yunitek şirkəti - məhdud məsuliyyətli cəmiyyətdir, tam adı Yuniversal Tekniks. Hər iki adlar qeydə alınmışdır. 1993-cü ildən bazardadır - istehlakçı elektronika avadanlıqlarının ticarəti sahəsində Azərbaycanda ilk özəl şirkətdir. 1998-ci ilədək başqa adlar altında fəaliyyət göstərmişdir.

Bu 32 il ərzində öz fəaliyyəti ilə o alıcıların böyük bir hissəsinin etibarını qazanmışdır. Şirkəti fərqləndirən xüsusiyyətlər – dəqiq və yüksək kvalifikasiyalı servis, imkan daxilində həmişə aşağı qiymətlər. Yunitek yaxşı bilir, ki bir dəfə aldadılan müştəri heç zaman geri qayıtmaz, buna görə də həmişə ən yüksək keyfiyyətli məhsul satmağa çalışır, alıcılara malların keyfiyyəti, istehsal ölkəsi və zəmanət şərtləri barədə doğru məlumat verir.

1999-2011 illər arası Yunitek avropanın ən çox satılan məişət texnikası markası olan BOSCH-un yeganə distribyutoru olmuş və onun ölkədə təbliği üçün çox böyük töfhə vermişdir,2011-2018 illər arası 3 distribyutordan biri kimi fəaliyyət görsətmişdir.

Yunitek 1998-ci ildən dünyanın 1 nömrəli elektronika brendi SONY –nin ölkədə 6-rəsmi dilerinnən biri olmuşdur.

1998-2016-ci illər arası Yunitek FUJITSU kondisionerləri üzrə FUJITSU-GENERAL kompaniyasının yeganə dileri olmuş, 2000-2014-cü illər arası isə ELECTROLUX konserninə məxsus AEG və ZANUSSI markalarının ölkədə yeganə təmsilçisi olub və onların ölkədə tanınması üçün öz tövhəsini vermişdir.

Yunitek 2004-cü ildən almanların premium MIELE brendinin eksklüziv distribütoru olmuş, lakin 2025-ci ilin fevral ayınnan Miele ilə əməkdaşlığı Miele tərəfindən onun eksklüziv hüquqlarının pozulması səbəbindən dayandırmışdır.

Hal hazırda Yunitek elektronika və məişət texnikası idxal etmir və qalıqları satmaqla məşquldur.

Biz, həmçinin hər bir şikayət və təkliflər üçün açığıq. Burada onları Siz birbaşa şirkətin baş direktoru Ayxan Məmmədova göndərə bilərsiz, hansı ki onları hökmən nəzərə alacaq.

* Bütün xanalar doldurulmalıdır
Mağaza Bağlanır!

Mağaza Bağlanır!

Mağaza bağlanır ! Hər şey 60% endirimlə satılır !

Çatdırılma və quraşdırma
Bakının daxilində malların çatdırılması, həmçinin onların quraşdırılması PULSUZ həyata keçirilir...