İçindəki
Sony
Sony Corporation – Qərargahı Yaponiyada yerləşən və 1946-cı ildə yaradılan millətlərarası korporasiyadır. Bu gün Sony Corporation Sony Group şirkətinin tərkibinə daxil olan əməliyyat bölmələrindən biridir. Sony Corporation məişət və peşəkar elektronikanın, oyun konsollarının və başqa yüksəktexnologiyalı məhsulların buraxılışı ilə məşqul olur.
"Sony" korporasiyası 7 may 1946-cı ildə Akio Morita və Masaru İbuka tərəfindən təsis edilmişdir. Əvvəlcə o "Toke susin koqe kabusiki kaysa" və ya qısaca Tosuko adlandırılırdı, amma Akio Morita tez başa düşdü ki, bu adı amerikalılara tələffüz etmək çətindir. "Soni"-nin indiki adı latın sonus ("səs") və ingiliscə sunny boys ("günəş uşaqları"; ingilis variantında sonny-boys yapon dilində "azyaşlı dahilər" mənasını daşıyır) kombinasiyasından əmələ gəlmişdir. Morita dünyanın heç bir dilində mövcüd olmayan sözü tapmağa çalışırdı. Bir halda ki yapon dilində "sonni" müvəffəqiyyətsiz biznes mənasını daşıyır, n hərflərindən birini silməyə qərar verilmişdi.
Sony-nin bəzi kəşfləri: Yaponiyada birinci kaset pleyeri, dünyada birinci tranzistor radiosu, Betamax formatı, birinci Walkman, birinci Diskman, trinitron ekranı, memory stick, digital 8, Playstation və s.
Sony audio/videotexnika, istehlak və peşəkar komunikasiya və informasiya vasitələri üzrə ən böyük dünya istehsalçısıdır. Sony öz məhsulunun xüsusi keyfiyyəti sayəsində haqlı olaraq dünyada birinciliyi qazanmışdır.
18 ildən çoxdur ki bizim şirkət Sony firmasının Azərbaycanda 3 rəsmi distribyutorundan biridir. Dünyanın ən keyfiyyətli elektronika markasının ditribyutoru olmaqdan fərəh hissi keçiririk.
- Sony firmasının malların kataloqu
- Səs və video
- Musiqi mərkəzləri
- Hİ-Fİ səsin və videonun ayrı komponentləri
- Fotokameralar (1)
- Avtomobil və dəniz audiotexnikası
- Portativ texnika
- Oyun konsolları
- Qulaqlıqlar (10)
- Aksessuarlar (48)
- Rabitə və iş
- Səs və video