İçindəki
Bosch
Robert Boş (1861 — 1942) tərəfindən 1886-cı ildə Ştutqartda "Dəqiq mexanika və elektrotexnika emalatxanası" adı ilə əsası qoyulan şirkət halhazırda istehsal, satış və texniki xidmət sahəsində ən böyük konsernlərdən biridir, təxminən 350 filial şirkətdən ibarət olan və 140-dan çox ölkədə 12 mindən artıq xidmət mərkəzlərinə malik olan şirkətdir.
Bosch yalnız məişət texnikası yox, həmçinin avtomobillər üçün hissələr, iş üçün alətlər və istilik texnikasını istehsal edir. Bu halda o Robert Boşun "müştərilərin etibarını itirməkdənsə pul itirmək daha yaxşıdır" şüarına ciddi əməl edir.
1902-ci ildə Bosch avtomobillər üçün dünyada ilk yandırma şamını buraxdı, 2003-cü ildə isə Almaniyanın Buderus istilik texnikası istehsalçısını almışdır.
1967-ci ildən məişət texnikasının buraxılışı sahəsində Siemens şirkəti ilə birləşib (BSH - Bosch und Siemens Hausgeräte GmbH), bu sahədə Avropada ən böyük şirkət oldu (2010-cu ildə dünya dövriyyəsı 13 milyard ABŞ dolları).
Bu gün Bosch beynəlxalq markadır və dünyanın bir çox ölkələrində istehsal etməkdədir, o cümlədən qonşu Türkiyədə bir neçə fabrik açmışdır – bunlar paltaryuyan maşınlar, soyuducular, qabyuyan maşınlar istehsal edən fabriklərdir, yaxın zamanlarda isə onlara xırda mətbəx avadanlığının buraxılışı üzrə zavod əlavə olundu. Bosch drellərində istifadə olunan etibarlı motorlar Bosch məhsulunun fərqləndirici xüsusiyyətlərindən biridir.
Yunitek Avropanın ən çox satılan markası Bosch-un Azərbaycanda ən qoca distribytorudur, bizim Bosch ilə əməkdaşlığımız 16 ildən çoxdur. Eyni zamanda şirkət Bosch-un avtorizə edilmiş servis mərkəzidir. Bosch-un bu gün Azərbaycanda populyarlıgı Yunitekin uzun illər fəaliyyəti ilə də bağlıdır.
- Bosch firmasının malların kataloqu
- Yeməyin bişirilməsi
- Bişirən plitələr
- Plitəüstü havasoranlar
- Quraşdırılan sobalar (1)
- Sobalar (1)
- Yığcam cihazlar
- Kiçik mətbəx texnikası
- Aksessuarlar (7)
- Təmizləmə
- Şəxsi qulluq
- Geyim və yataq üzlüyünə qulluq
- Yeməyin bişirilməsi