az | en | ru

Şirkət

Yunitek şirkəti - məhdud məsuliyyətli cəmiyyətdir, tam adı Yuniversal Tekniks. Hər iki adlar qeydə alınmışdır. 1993-cü ildən bazardadır - istehlakçı elektronika avadanlıqlarının ticarəti sahəsində Azərbaycanda ilk özəl şirkətdir. 1998-ci ilədək başqa adlar altında fəaliyyət göstərmişdir.

Bu 30 ildə ərzində öz fəaliyyəti ilə o alıcıların böyük bir hissəsinin etibarını qazanmışdır. Şirkəti fərqləndirən xüsusiyyətlər – dəqiq və yüksək kvalifikasiyalı servis, imkan daxilində həmişə aşağı qiymətlər. Yunitek yaxşı bilir, ki bir dəfə aldadılan müştəri heç zaman geri qayıtmaz, buna görə də həmişə ən yüksək keyfiyyətli məhsul satmağa çalışır, alıcılara malların keyfiyyəti, istehsal ölkəsi və zəmanət şərtləri barədə doğru məlumat verir.

Yunitek 2004-cü ildən almanların ən çox etibar etdiyi və dünyanın ən keyfiyyətli məişət texnikası sayılan premium MIELE brendinin eksklüziv distribütorudur.

Yunitek 1998-ci ildən dünyanın 1 nömrəli elektronika brendi SONY –nin ölkədə 6-rəsmi dilerinnən biri olmuşdur.

1999-2011 illər arası Yunitek avropanın ən çox satılan məişət texnikası markası olan BOSCH-un yeganə distribyutoru olmuş və onun ölkədə təbliği üçün çox böyük töfhə vermişdir,2011-2018 illər arası 3 distribyutordan biri kimi fəaliyyət görsətmişdir.

1998-2016-ci illər arası Yunitek FUJITSU kondisionerləri üzrə FUJITSU-GENERAL kompaniyasının yeganə dileri olmuş, 2000-2014-cü illər arası isə ELECTROLUX konserninə məxsus AEG və ZANUSSI markalarının ölkədə yeganə təmsilçisi olub və onların ölkədə tanınması üçün öz tövhəsini vermişdir.

Hal hazırda Yunitek əməkdaşlığı yalnız Miele ilə dəvam etdirir.

Bizim mağazamıza buyurun!

Biz, həmçinin hər bir şikayət və təkliflər üçün açığıq. Burada onları Siz birbaşa şirkətin baş direktoru Ayxan Məmmədova göndərə bilərsiz, hansı ki onları hökmən nəzərə alacaq.

* Bütün xanalar doldurulmalıdır
Endirim

Endirim

Biz 30% endirimlə Miele-dən başqa bütün brendlərin malarının sale-nə başladıq. Tələsin, ki sizə də çatsın.

Diqqət : saytda kataloqda göstərilən qiymətlər endirimsiz qiymətlərdir.
Yeni Miele qəhvədəmləyən maşın gəldi!

Yeni Miele qəhvədəmləyən maşın gəldi!

CM6160 modeli WiFi Conn@ct proqramı ilə uzaqdan idarə oluna bilir. OneTouch for two funksiyası ilə eyni vaxtda iki porsiya qəhvə hazırlamaq olur. Bir çox çay və qəhvə proqramları ilə yanaşı bu model rahat təmizləmə və xidmət funksiyasınıda təklif edir.

Qiymət: 4086 azn.
Miele - hər başqa seçim-kompromisdir.
Online sifarişə başladıq!

Online sifarişə başladıq!

Online satış üçün yığın:
055-6688343
012-4988343
012-5983909
012-5983344

Və ya e-mail göndərin bu adresə: unitech@unitech.az
Mallar və qiymətləri www.unitech.az saytında Qiymətlər bölümündədir.
Servismərkəzi: 012-5984690
Yeni Triflex tozsoranları gəldi!

Yeni Triflex tozsoranları gəldi!

Yeni gələn komfort dizaynlı Triflex şotka-tozsoranları 3 innovasiyanı 1 araya gətirdi. 3 səviyyəli sorma qabiliyyəti və uzun müddətli batareya ömrü ilə siz istədiyiniz təmizliyi əldə edəcəksiniz. Əgər motor tutacağın yuxarısına taxılarsa, Triflex asanlıqla manevr edə bilər, tavanları, mebellərin altını rahatlıqla təmizləyər.
Əgər motor Triflexin aşağısına taxılarsa, sorma qabiliyyəti güclənir və bu zaman böyük sahələr asanlıqla təmizlənər. Motor ayrıca qısa şəkildə işlədildiyi zaman, yemək masasını və ya avtomobilinizdəki hissəcikləri təmizləmək üçün idealdır. Gigiyenik və uzunömürlü Hepa - Lifetime filtr çox yüksək tozsaxlama qabiliyyətinə malikdir və bütün incə hissəciklərin 99,98%-ni filtr edər.
Triflexin hər 2 modelinin qiymətləri: 2133 azn və 1784 azn

Miele hər zaman Sizi düşünür.
Miele - hər başqa seçim kompomisdir!
Mətbəx dəstləri endirimdə!

Mətbəx dəstləri endirimdə!

Zanussi ( italiya istehsalı) markasına məxsus klassik və kantri üslübünda qurulan mətbəxlərə uyğun olan soba və plitə komplektlərinin qiymətləri 1785 və 1628 azn yox, sadəcə 1090 və 990 azn-dir! Super-endirimdən faydalanın!

Çatdırılma və quraşdırma
Bakının daxilində malların çatdırılması, həmçinin onların quraşdırılması PULSUZ həyata keçirilir...